Keçmiş qaynının bir gözünü çıxardı və ... - Bakıda DƏHŞƏTLİ HADİSƏ

Keçmiş qaynının bir gözünü çıxardı və ... - Bakıda DƏHŞƏTLİ HADİSƏ Bakı Apellyasiya Məhkəməsində keçmiş qaynının gözünü çıxararaq öldürməyə cəhddə təqsirləndirilən Səyyaf Həsənovun apellyasiya şikayətinə baxılıb.

Xəbərçi.az ölkə.az-a istinadən bildirir ki, məhkəmə şikayəti qismən təmin edib və onun cəzasını 14 il 6 aydan 10 il 3 aya endirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Həsənov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Həsənov keçmiş qaynı Elnur Cəbrayılovu yaşadığı mənzildə qətlə yetirməyə cəhd etməkdə ittiham edilir. Rəsmi məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 25-də Bakı şəhər sakini E.Cəbrayılovun evinə girib ona üz nahiyəsindən kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini S.Həsənov tutulub.

Hadisə 2016-cı il iyunun 25-də Binəqədi rayonu, Sulutəpə qəsəbəsində qeydə alınıb. Zərərçəkən E.Cəbrayılovun anası Səbinə Cəbrayılova ilkin ifadəsi zamanı deyib ki, qızının keçmiş əri gecə saatlarında evlərinə daxil olaraq oğlunu öldürmək istəyib. Bu zaman bıçaqla onun bir gözünü çıxarıb, o birinə isə xəsarət yetirib. Boğazını kəsmək istəyəndə E.Cəbrayılov qolu ilə ona maneə olub. Səs-küyə ailənin digər üzvləri oyandığı üçün S.Həsənov pəncərədən qaçıb.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.

S.Həsənov isə istintaqda və məhkəmədə verdiyi ifadəsində ittihamı qəbul etmədiyi və hadisə günü Bakıda olmadığını deyib.


loading...