Bakının mərkəzində bina yanır - Sakinlər təxliyə olundu - VİDEO

Bakının mərkəzində bina yanır - Sakinlər təxliyə olundu - VİDEO

Bakıda yaşayış binasında yanğın davam edir.

Xəbərçi.az apa-ya istinadən məlumat verir ki,  hadisə "Azneft" meydanı yaxınlığında beşmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.

Yanğının söndürülməsi üçün hadisə yerində 10-dan çox yanğınsöndürən maşın işləyir.

Hadisə yerinə təcili tibbi yardım maşını da cəlb olunub.

Külək yanğının qarşısının alınmasına çətinliklər yaradır.

Sakinlər binadan təxliyə olunub.

 


loading...