Bakıda avtobusdan düşüb yolu keçmək istəyən piyadanın FACİƏLİ SONU - HADİSƏ ANI - VİDEO

Bakıda avtobusdan düşüb yolu keçmək istəyən piyadanın FACİƏLİ SONU - HADİSƏ ANI - VİDEO

Bakının Nərimanov rayonunda baş vermiş qəzanın görüntüləri yayılıb.  

Xəbərçi.az oxu.az-a istinadən məlumat verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.  

Belə ki, avtobusdan düşüb yolu təyin olunmamış yerdən qaçaraq keçmək istəyən piyadanı "Tofaş” markalı avtomobilin sürücüsü vurub.  

Zərbə nəticəsində piyada hadisə yerində dünyasını dəyişib.  

Hadisə ilə bağlı araşdırma aparılır.


loading...