Şamaxıda FACİƏ: Çoban bu səbəbə ÖLDÜRÜLDÜ (TƏFƏRRÜAT)

Şamaxıda FACİƏ: Çoban bu səbəbə ÖLDÜRÜLDÜ (TƏFƏRRÜAT)

Şamaxı rayonunun Acıdərə yaşayış massivində qətl hadisəsi törədilib.  

Xəbərçi.az report-a istinadən bildirir ki, baş verən hadisə zamanı çobanlıqla məşqul olan, rayonun Quşçu kənd sakini Zaur Seyidağa oğlu Hacıyev qonşusu Natiq Şirbala oğlu Binyətov tərəfindən ov tüfəngi ilə qətlə yetirilib.  

Silahlı insidentin təfərrüatı məlum olub. Belə ki, qətlə yetirilən çoban Zaur Hacıyevin iti Natiq Binyətovun itini öldürüb. Bunu görən N.Binyətov da Z.Hacıyevin yaşadığı evə gələrək ov tüfəngi ilə onun itini öldürüb. Sonradan hər iki çobanın arasında mübahisə yaranıb və N.Binyətov Zaura ov tüfəngindən 7 dəfə atəş açıb.  

N.Binyətov hadisə yerindən qaçsa da polis əməkdaşları tərəfindən saxlanılıb.  


loading...