4 nəfər 15 yaşlı qızı zorlayıb, öldürdü

4 nəfər 15 yaşlı qızı zorlayıb, öldürdü

Mənim qızım qaçırılıb, təcavüzə uğrayıb və öldürülüb. O, öldürülməzdən əvvəl işgəncəyə məruz qalıb. Rəhbərlər işini düzgün görsəydi, ölkəmizdə belə iyrənc hadisələr baş verməyəckdi.  

Bu sözləri məktəbdən çıxıb evə gedərkən qaçırılan və 4 nəfərin təcavüzünə məruz qalıb ölürülən 15 yaşlı qızın atası deyib. O, Hindistanda artan təcavüz hadisələrində polisləri günahlandırıb.  

Hindistanın Xaryana vilayətinin Kurukşetra kəndində məktəbdən çıxıb evə gedən 15 yaşlı qız 4 nəfər tərəfindən zorlanıb, işgəncə ilə öldürülüb. Qızın cəsədi su kanalından tapılıb. Cəsədin araşdırılması nəticəsində məlum olub ki, qız zorlanarkən onun ciyərləri zədələnib.  

Polisin verdiyi məlumata görə, cinayətkarla qızı zorlayarkən kəsici alətdən də istifadə ediblər. Qız şiddətli qanaxmadan həyatını itirib. Onun cəsədi tapılanda tanınmaz halda olub.  

Lakin bu, Hindistanda baş verən nadir təcavüz hadisəsi deyil. 15 yaşlı qızın dəhşətli cinayətindən bir neçə saat sonra başqa vilayətdə göldən 12 yaşlı qız cəsədi tapılıb. Onun da iki nəfərin təcavüzünə məruz qaldığı aşkarlanıb.  

milli.az


loading...