Bacanaqlar qayınatanın malı üstündə qan tökdü - Burnunu dişləyib qopartdı - VİDEO

Bacanaqlar qayınatanın malı üstündə qan tökdü - Burnunu dişləyib qopartdı - VİDEO

Bakıda qayınatanın hədiyyə etdiyi obyekt üstündə bacanaqlar arasında dava düşüb.

Xəbərçi.az ARB TV-yə istinadən məlumat verir ki, Sumqayıt şəhər sakini 28 yaşlı Anar Əbilov Şıx qəsəbəsində obyektdə bacanağı tərəfindən bıçaqlanıb.

Əlbəyaxa dava zamanı Əbilovun burnu dişlənilərək qoparılıb. Zərərçəkən dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, Anar Əbilov çoxlu qan itirib, vəziyyəti ağırdır.

Fakt araşdırılır.


loading...