Bakı-Qazax yolunda dəhşətli qəza -Yaralılar var

Bakı-Qazax yolunda dəhşətli qəza -Yaralılar var

Goranboy rayonunda 2 avtomobil toqquşub, yaralılar var.

Xəbərçi.az məlumat verir ki, hadisə Bakı-Qazax yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində baş verib. İki “Mercedes” markalı minik avtomobillərin toqquşması nəticəsində üç nəfərin xəsarət aldığı bildirilir. Onlardan, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Süleymanov Bəhruz Akif oğlu xəstəxanaya aparılıb. Digər avtomobilin sürücüsü və bir sərnişinə hadisə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

(report)


loading...