Beyləqanda qız toy gecəsi bakirə çıxmadı, geri qaytarıldı - QAN TÖKÜLDÜ

Beyləqanda qız toy gecəsi bakirə çıxmadı, geri qaytarıldı - QAN TÖKÜLDÜ

Xəbərçi.az məlumat verir ki, Beyləqan rayon sakini Rahilə Kərimova a24.az-a zəng vuraraq, rayon polisindən şikayətçi olub.

Bildirdiyinə görə, oğullarının bıçaqlanması barədə rayon polis idarəsinə, sahə müvəkkilinə hətta prokrorluğa müraciət etsə də şikayətinə baxmırlar.

“Öz oğluma qohumumun qızını almışam. Qız ögey xalamın nəvəsidir. Toy günü qızı gətirdik məlum oldu ki, bakirə deyil. Qızı həkimə aparıb, rəy aılmaq istədik. Ailəsi qoymadı ki, biz qohumuq, belə etməyin, biabır olarıq. Razılıqla, mehribancasına evlərinə yola saldıq.  Özləri də razılıqla qızı apardı.

Bizdən iki-üç ay sonra qızı başqasına veriblər. Orda da qızın bakirə olmadığı ortaya çıxdığından, həkimə aparıblar. Həkim də bizim dediyimizi deyib. Onlar da qızı ailəsinə qaytarıb.

Bu hadisədən sonra qızın qardaşı oğullarımı hədələməyə başladı. Qabaqlarını kəsib, bıçaq çəkdi. 5 aydır uşaqlarıma hədə-qorxu gəlir. Qızın ikinci dəfə ailə qurduğu oğlanın  ailəsini də hədələyiblər. Hətta uşaqlarını oğurlamışdılar. Bir müddət sonra tapıldı. Qızın qardaşı Asəf Həsənli daha sonra gəlib oğullarımı bıçaqladı. Bu, ailə Biləsuvarda yaşayan Cəbrayıl qaçqınlarıdır. Oğullarım hazırda Beyləqan rayon xəstəxanasının cərrahiyyə şöbəsindədir. Müvafiq qurumlara müraciət etmişəm. Əgər kömək etməsələr, vətəndaşlıqdan imtina edib, Ermənistana keçəcəm”- deyə Rahilə Kərimova hadisəni belə izah edib.

Yazıda sözügedən şəxslərin bəzilərinin mövqeyini bizdən asılı olmayan səbəblərə görə öyrəmə bilmədik, amma cavab hüququnu tanıdığımızı da qeyd edirik.


loading...