64 yaşlı kişi hamamda dəm qazından zəhərləndi

64 yaşlı kişi hamamda dəm qazından zəhərləndi

Tovuz rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Xəbərçi.az trend-ə istinadən məlumat verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib. Kənd sakini, 1953-cü il təvəllüdlü Hüseynov Arif İslam oğlu yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. A.Hüseynov halsız vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti ağır qiymətləndirilir.


loading...