FHN itkin düşən alpinistlərlə bağlı MƏLUMAT YAYDI

FHN itkin düşən alpinistlərlə bağlı MƏLUMAT YAYDI

FHN alpinistlərin itkin düşməsi ilə bağlı məlumat yayıb.

Xəbərçi.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, 26 dekabr 2017-ci il tarixində axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb. FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

APA-nın əldə etdiyi məlumata görə, itkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatov Namin Nizami oğlu, Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır.


loading...