Ailəsi ilə son dəfə yemək yeyib, özünü asdı - 21 yaşlı oğlanın faciəli sonu

Ailəsi ilə son dəfə yemək yeyib, özünü asdı - 21 yaşlı oğlanın faciəli sonu

Dekabrın 24-nə keçən gecə Ağstafanın Yeni Gün kəndində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.  

Xəbərçi.az bildirir ki, həyatına son qoyan 1996-cı il təvəllüdlü Mərdanov Eynal Mərdan oğlu və atası taksi fəaliyyəti ilə məşğul olurmuş. O, ailə üzvləri ilə birgə dekabrın 23-də gecə saatlarında şam yeməyi yeyib. Daha sonra hamı yatıb. Dünən səhər saatlarında isə 21 yaşlı oğlanın özünü həyətdəki tikilinin qarşısında asdığı məlum olub.  

Kənd sakinləri və yaxınları Eynalı tərbiyəli, sakit təbiətli gənc kimi tanıyıb. Onun özünü öldürməsinin səbəbi hər kəs üçün müəmmalı qalıb.  

Faktla bağlı cinayət işi açılıb, intiharın səbəbi araşdırılır.   lent.az 


loading...