Azərbaycanda uşaq bağçası yandı

Azərbaycanda uşaq bağçası yandı

Bu gecə Ağcabədi rayonu, Hacılar kəndində ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı uşaq bağçası kimi fəaliyyət göstərən tikilinin yanar konstruksiyaları yanıb.

Xəbərçi.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən saat 02:48-də söndürülüb.


loading...