Türkiyənin Kocaeli vilayətində 27 yaşlı Azərbaycan vətəndaşı Seyidəli Səlimov faciəvi şəkildə ölüb.
Xəbərçi.az məlumat verir ki, bu barədə trend Türkiyə KİV-ə istinadən məlumat verir.
Məlumat əsasən, S.Səlimov iş yerində metal və daş parçalarının üyüdülməsi üçün istifadə edilən qurğunun içini təmizləyərkən başqa bir əməkdaş qurğunu işə salıb.
S.Səlimov qurğunun içində qalaraq ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.