25 yaşlı oğlan özünü asdı

25 yaşlı oğlan özünü asdı

Göyçayda intihar hadisəsi baş verib.

Xəbərçi.az apa-ya istinadən məlumat verir ki, hadisə bu gün axşam saatlarında rayonun Şəhadət kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü İbrahimli Rəfael Əfrayıl oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.


loading...