Azərbaycana düzbağırsağında tiryək keçirmək istədi

Azərbaycana düzbağırsağında tiryək keçirmək istədi

Gömrükdə İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında üç bağlama tiryək aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Xəbərçi.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.

İdarənin Sərnişin şöbəsində vətəndaşın üzərində şəxsi yoxlama zamanı daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində vətəndaşın düzbağırsağında üç ədəd bağlamada, xalis çəkisi 102,791 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
loading...