Goranboyda ağır qəza: 3 nəfər öldü, 2-si qardaşdır

Goranboyda ağır qəza: 3 nəfər öldü, 2-si qardaşdır

10:56

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Xəbərçi.az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Qaraqucaq kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Elçin Maşallah oğlu Əsgərovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil "Shacman" markalı yük maşını ilə toqquşub. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - sürücünün qardaşı Tural Maşallah oğlu Əsgərov və Kamil Elman oğlu Qəhrəmanov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq ölüblər. 

Faktla bağlı araşdırma aparılır.

----------

09:09

 

Goranboyda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xəbərçi.az apa-ya istinadən məlumat verir ki, rayonun Səfikürd kəndində ağır tonnajlı yük avtomobili "VAZ-2106" markalı avtomobillə toqquşub.

Nəticədə "VAZ"da olan 3 nəfər ölüb. Əraziyə FHN-nin xilasediciləri cəlb olunub və meyitlər avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.


loading...