Bakı metrosunda həyəcanlı anlar: sərnişin relslərin üzərinə yıxıldı

Bakı metrosunda həyəcanlı anlar: sərnişin relslərin üzərinə yıxıldı

Bu gün saat 12:15 radələrində Bakı metrosunun "Nəsimi" stansiyasında 1987-ci il təvəllüdlü Paşayev Oktay Nazim oğlu stansiya yoluna yıxılıb.

Xəbərçi.az bildirir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, "Həzi Aslanov" - "Dərnəgül" xətti ilə hərəkət edən qatardan enən sərnişin digər xəttin stansiya yoluna düşüb: "Həmin vaxt stansiyada qatar olmayıb. Xoşbəxtlikdən sərnişin heç bir xəsarət almayıb. İşə getdiyini bildirən Paşayev Oktay başının fırlandığını və buna görə müvazinətini itirdiyini qeyd edib".


loading...