Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbsiylə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Xəbərçi.az məlumat verir ki, bu barədə ölkə.Az-a açıqlamasında O.Nadirovun həyat yoldaşı Arifə Nadirova bildirib: "Orxan hazırda rayondadır. Yayılan xəbərlər isə yalandır”.
Qeyd edək ki, dekabrın 8-də mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov Binəqədi rayon 7-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat yayılıb.
Bildirilib ki, O.Nadirov Əliyev Səbuhi Bayram oğlunu şəxsi azadlığa çıxardacağına söz verərək, Əliyev Kənan və Umudov Mehmandan 75-80 min manat civarında pul alıb. Xalq artistinin oğlu daha sonra vədinə əməl etməyərək, pulu geri qaytarmaq istəməyib. O, cinayət məcəlləsinin 178,2.4 maddəsi ilə ittiham olunur.