ATV kanalının aparıcısı Aytən Səfərova naməlum şəxs tərəfindən dələduzluğa məruz qalıb.
Xəbərçi.az məlumat verir ki, həmin şəxs aparıcının adından istifadə edərək verir ki, Qobuda yaşayan şəxslərdən pul götürüb və aradan çıxıb.
Aytən Səfərova bu barədə Feysbuk hesabında məlumat yayıb:
"Bu gün səhər mənə Qobudan zəng gəldi. Yaşlı xanım iddia edir ki, mənim adımdan Naim (və ya Naib) adlı şəxs camaata qarşı dələduzluq edir. Deyir ki, guya mənə məxsus şirniyyat evi var, bu şirniyyatları guya satır, guya mənim işçimdir. Camaatdan (həmin qadının iddiasına görə) "maşın xarab olub" adı ilə 200 AZN alıb. Saxta mobil nömrə qoyub və yoxa çıxıb.
Bu ağbircək də xalq arasında hörmətim olduğu üçün inanıb. Əziz soydaşlarım, mənim heç bir obyektim, mülküm, hətta mənzilim belə yoxdur. Mənim işçilərim, şəxsi biznesim yoxdur. O alçaq və şərəfsiz kimdirsə, aldanmayın! Mənim adımı hallandıran hər kəsə layiqli cavab verin və ya dərhal mənə xəbər edin. Dələduzları məsuliyyətə cəlb etmək lazımdır".