Saakaşvili dövlət çevrilişinə cəhddə suçlanır - YENİLƏNİB

Saakaşvili dövlət çevrilişinə cəhddə suçlanır - YENİLƏNİB

12:59

Kiyevdə Kosulnıy,7 ünvandakı binanın qarşısına yüzlərlə insan toplaşıb. M.Saakaşvilinin mənzilinin yerləşdiyi binanın öünnə yığılanlar Ukrayna Yeni Qüvvələr Hərəkatının üzvləri və media mənsublarıdır.

M.Saakaşvilinin tərəfdarları "İmpiçment!", "Kiyev, ayağa qalx!" qışqırırlar.

Xəbərçi.az senzor.net-ə istinadən bildirir ki, az öncə Ukrayna Ali Radasının deputatları Sergey Leşenko, Mustafa Nayem və Viktor Çumak, "Avtomaydan"ın lideri Aleksey Qrisenko da olay yerinə gəliblər.

12:41

Ukrayna Yeni Qüvvələr Hərəkatının  ("Rux novix sil) lideri Mixeil Saakaşviliyə ittihamnamə təqdim olunub.

M.Saakaşvilinin yaşadığı binanın qarşısında isə onun tərəfdarları ilə polis və Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları arasında toqquşmalar davam edir.

Saakaşvilinin tərəflardarı polis əməkdaşlarına fişənglər, fayerlər atırlar.

Polis isə gözyaşardıcı qazdan və rezin dəyənəklərdənt istifadə edir.

M.Saakaşvilinin tərəfdarlarından biri üstünə benzin tökərək özünə od vurub.

Kostelnıy, 7 ünvanda yerləşən, M.Saakaşvilinin yaşadığı binanın qarşısına nümayişçilər avtomobil şinləri yığırlar. Onlar barrikadalar quraşdırırlar.

Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat katibi Artyom Şevçenko bəyanat yayaraq M.Saakaşvilinin saxlanması ilə bağlı əməliyyatın Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həyata keçirildiyini deyib.

12:41

M.Saakaşvilini Ukrayna Təhlükəsizlik Xidmətinin "Alfa" dəstəsinin əməkdaşları evində saxlayıblar.

Ukrayna Baş Prokurorluğunun sanksiyası ilə M.Saakaşvilinin mənzilində axtarış aparılıb.

Ukraynanın Təhlükəsizlik Xidməti isə M.Saakaşviliyə qarşı CM-nin 256-cı maddəsitnin 1-ci bəndi əsasında cinayət işi açıldığını bəyan edib.

O, Ukraynada "paperednik"lər adlanan, yəni Avromaydan nəticəsində hakimiyyətdən məhrum olmuş siyasətçilərdən külli miqdarla pul alaraq dövlət çevrilişi hazırlamaqlda suçlanır.

M.Saakaşvili isə Ukrayna prezidenti Petro Poroşenkonun əmri ilə oğurlandığını deyib.

Xatırladaq ki, dekabrın 3-də M.Saakaşvili Kiyevin mərkəzində prezident P.Poroşenkonun imppiçmenti tələbi ilə mitinq keçirmişdi.

Dekabrın 9-da isə Ukraynanın mərkəzindəki "Maydan Nezalijnosti"də daha bir mitinqin keçirilməsi planlaşdırılıb.

12:36

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili dövlət çevrilişinə cəhddə suçlanır.

Xəbərçi.az bildirir ki, bunu M.Saakaşvilinin vəkili Pavel Boqomazov deyib.

"Cənab Saakaşvili dövlət çevrilişinə cəhddə və Konstitusiya qurululuşunu dəyişmək istəyində ittiham olunur", - P.Boqomazov söyləyib.

Ukraynanın baş prokuroru Yuri Lusenko isə bu gün yerli vaxtla saat 15-da M.Saakaşvilinin saxlanması ilə bağlı açıqlama verəcəyini bildirib.

M.Saakaşvili hazırda Ukraynanın Təhlükəsizlik Xidmətinin binasına aparılır.

Onun tərəfdarları və başçılıq etdiyi "Rux" hərəkatının üzvləri M.Saakaşvilinin olduğu avtomobilin hərəkətinə mane olurlar.


loading...