İntihara cəhd edən Saakaşvili saxlanıldı - (YENİLƏNDİ) - VİDEO

İntihara cəhd edən Saakaşvili saxlanıldı - (YENİLƏNDİ) - VİDEO

Son məlumata görə, Saakaşvilinin intihar cəhdinin qarşısı alınıb və o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

******

Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili polisi intihar edəcəyi ilə hədələyir.

Xəbərçi.az trend-ə istinadən məlumat verir ki, hazırda polis M.Saakaşvilinin Kiyevdə Kostelnaya, 7 ünvanındakı 32 nömrəli mənzilində axtarış aparır.

Sabiq qubernator isə etiraz əlaməti olaraq 8 mərtəbəli binanın damına doğru qaçmaqla polisi özünü öldürəcəyi ilə hədələyir.


loading...