39 yaşlı polis serjantının intihar səbəbi bəlli oldu: - iflic övlad dərdi, kredit və ...

39 yaşlı polis serjantının intihar səbəbi bəlli oldu: - iflic övlad dərdi, kredit və ...

Şəkidə intihar edən polis əməkdaşı ilə bağlı bəzi məqamlar üzə çıxıb.  Xəbərçi.az bildirir ki, dünən axşam saatlarında rayonun Turan qəsəbəsində özünü asaraq həyatına son qoyan polis serjantı, 1978-ci il təvəllüdlü Əliyev Həsrət Fəxrəddin oğlunun 4 övladından biri ağır xəstədir.

Bildirilir ki, beyin iflicindən əziyyət çəkən uşağın vəziyyəti atasında böyük gərginlik yaradırmış. Bundan başqa onun banka kredit borcunun olması da üzə çıxıb.  

H.Əliyevin konkret hansı səbəbdən intihar etməsi isə hələlik tam aydınlaşmayıb və faktla bağlı Şəki rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı davam etdirilir.


loading...