Bakıda daha bir intihar hadisəsi baş verib.
Xəbərçi.az trend-ə istinadən məlumat verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində ba verib. Rayonun Hövsan qəsəbə sakini, 1962-ci il təvəllüdlü Quliyev Qulu Mirzə oğlu özünü yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar edib.
Məlumata görə. Q. Quliyev nevroz xəstəsi olub və Nevroloji Dispanserdə qeydiyyatda imiş. Mərhum 3 övlad atasıdır.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.