
Bakıda 22 yaşlı qız dəm qazından ölüb.
Xəbərçi.az qafqzinfo.az-a istinadən bildirir ki, hadisə dekabrın 1-də baş verib. 1995-ci il təvəllüdlü Fidan Sultanova yaşadığı evdə dəm qazından zəhərlənərək vəfat edib.
Dizayner olan F.Sultanova kompüter oyunlarına xüsusi marağı ilə seçilib və bu mövzuda da bir neçə ay öncə tecnote.az-a müsahibə verib.
O müsahibəsində arzusunu da açıqlayıb: "Mənim bir arzum var – gələcəkdə, evimdə xüsusi bir oyun otağım olacaq, harada ki bütün konsolları bir-bir yığacam. Evimdə bir cənnət!”
Daha sonra isə o, "Biz gamerlər dünyanı daha fərqli görürük. Gamerlərin gözündə dünya həmişə daha maraqlıdır” deyib.



