İstanbulda 17 yaşlı gənc qız günlük kirayələnən evdə silahla öldürülmüş halda tapılıb.
Aleyna Can adlı gənc qızın anası "qızımın qatilini tapın" deyərək fəryad edib.
Xəbərçi.az Türkiyə mediasına istinadla bildirir ki, hadisə dünən axşam saatlarında yaşanıb. Evdən silah səslərini eşidən sakinlər dərhal polisə xəbər veriblər. Hadisə yerinə gələn polislər silah səslərinin gəldiyi evə girdiklərində Aleynanın cansız bədəni ilə qarşılaşıblar.
Aleynanın başından vurulan bir güllə ilə öldüyü məlum olub. Polislər bölgədə yerləşdirilən kamera görüntülərini araşdırarkən evdən 3 nəfərin çıxdığını müəyənləşdiriblər. Onlardan ikisi artıq saxlanılıb. Aleyna Canın sevgilisi olduğu deyilən Eser Devrim E.-nin tutulması üçün axtarışlar davam edir.
Aleyna Canın xalası Havva Özçelik isə bacısı qızının 15 gündür ki, onun yanında qaldığını deyib. Şübhəli Eser Devrim E. ilə telefonda görüntülü danışdıqlarını bildirən Özçelik: "Eser zəng etdi. Mən səsimi çıxardanda kişi hesab etdi. Bacım qızı "Xalamdır" dedi. "İnanmıram" dediyini eşitdim. Sonra görüntülü danışdı mənimlə. Ondan sonra inandı. "Gəl, gəlməsən, mən oraya gələcəm. Gəl görüşək, ayrılaq" dedi. Aleyna ayrılmaq üçün bura gəlmişdi" deyib.