Ukraynada faciəvi şəkildə ölən azərbaycanlılardan biri məmur oğlu imiş

Ukraynada faciəvi şəkildə ölən azərbaycanlılardan biri məmur oğlu imiş Ukraynada yanğın zamanı ölən İntiqam Abışov 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi Dairə Seçki Komissiyası (DSK) sədri Yengibar Abışovun oğludur.   Xəbərçi.az bildirir ki, 39 yaşlı İ.Abışov Zaporojye şəhərindəki hosteldə baş verən yanğın zamanı dünyasını dəyişib. O, Sabirabad rayonunda dəfn edilib.   Qeyd edək ki, hadisə zamanı ümumilikdə 4 azərbaycanlı faciəli şəkildə ölüb.   Yanğına səbəb kimi elektrik sobasının cərəyana qoşulu vəziyyətdə qalması göstərilir.  

 


loading...