Paytaxtın Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.
Xəbərçi.az bildirir ki, ARB TV-nin məlumatına görə, hadisə anbaan nəzarət kameraları vasitəsi ilə lentə alınıb.
Gecə saat 4 radələrində iki nəfər naməlum şəxs Gənclik metrosunun yaxınlığında yerləşən texniki avadanlıqlar satışı ilə məşğul olan mağazadan oğurluq edib. Onlar əvvəlcə mağazanın qarşısında bir qədər müşahidə aparıblar, daha sonra qapını açıblar. Oğrulardan biri küçədə pusquda durub, digəri isə içəri girərək kassanı qırıb. Gənc oğlan kassadan olan pulları götürüb, mağazanı tərk edir. Daha sonra dostu ilə birgə hadisə yerindən uzaqlaşıb. Hazırda mağazaya dəyən ziyan və oğruların kimliyi araşdırılır.