“Jeep”lə qadını vurub öldürən sürücü TƏSLİM OLDU

“Jeep”lə qadını vurub öldürən sürücü TƏSLİM OLDU

Bakıda 20 gün əvvəl qadının ölümünə səbəb olan sürücü təslim olub.  

Xəbərçi.az DİN-ə istinadən məlumat verir ki, noyabrın 8-də saat 19 radələrində Səbail rayonunun Salyan yolu küçəsində Bakı şəhər sakini, 42 yaşlı Könül Əkbərova yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyərkən "Jeep Grand Cherokee” markalı avtomaşınla vurulub və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.  

Sürücü isə hadisə yerindən qaçıb.  

Aparılmış profilaktiki tədbirlər nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəhim Rəhimov könüllü olaraq Səbail RPİ-nin 8-ci Polis Bölməsinə gələrək özünü istintaqa təqdim edib.

 


loading...