19 yaşlı tələbə universitetin yataqxanasında gizlicə doğduğu körpəsini binanın 4-cü mərtəbəsinin pəncərəsindən atıb.
Xəbərçi.az xarici mətbuata istinadla bildirir ki, hadisə Çinin şimal qərbindəki Şanxay vilayətinin Mühəndislik və Texnologiyalar Kollecinin yataqxanasında baş verib.
Fotodan göründüyü kimi tələbə körpəni yataqxananın adyalına bükərək pəncərədən atıb.
Cinsiyyəti açıqlanmayan körpəni yataqxananın mühafizə işçiləri tapıblar.
Xəstəxanadan bildirilib ki, körpə ölüb.
Polis hadisə ilə bağlı araşdırma aparır. Qız kollecdən çıxarılaraq ailəsinin yanına göndərilib.
Onun müəllimlərinin dediyinə görə, o, çox yaxşı tələbə olub və hər zaman dərslərdə iştirak edib.
Qızın ailə qurmadan cinsi əlaqədə olduğuna və sevgilisi tərk etdiyinə görə bu hərəkəti etdiyi düşünülür.
(milli.az)