Oğlunun evlənmək istədiyi qızın qısa boylu olmasına qəzəblənən ana özünü öldürüb.
Xəbərçi.az Türkiyə mediasına istinadən məlumat verir ki, hadisə Çinin Henan əyalətində qeydə alınıb. Adının Lin olduğu deyilən 47 yaşlı qadın oğlunun nişanlısının çox qısa boylu olmasına əsəbləşib, özünü çaya ataraq intihar edib.
Qadının bu hərəkətini görən əri və oğlu özlərini çaya ataraq qadını xilas etməyə çalışıb. Olay yerinə gələn xilasetmə dəstələri ata və oğlunu çaydan çıxarsalar da, ana dünyasın dəyişib.
Qadının qonşuları isə oğlunun nişanlısının avtomobil kimi çox bahalı hədiyyələr istədiyini, ailənin isə bu hədiyyələri almağa maddi imkanının çatmadığı üçün onun intihar etdiyini deyiblər.
Polis açıqlmasında ana oğlunun sevgilisinin çox qısa boylu olduğu üçün bəyənmədiyi və israrına rəğmən oğlunun o qızla nişanlandığı üçün intihar etdiyini bildirib.
(milli.az)