Bakıda hündür binadan bahalı avtomobilin üzərinə - PALTARYUYAN MAŞIN ATDILAR

Bakıda hündür binadan bahalı avtomobilin üzərinə - PALTARYUYAN MAŞIN ATDILAR Bakıda binadan avtomobilin üzərinə paltaryuyan maşın atıblar.

Xəbərçi.az məlumat verir ki,hadisə paytaxtın Nəsimi rayonu ərazisində, “Moskva” univermağının yaxınlığındakı binanın qarşısında baş verib. Həmin binanın 8-ci mərtəbəsinin eyvanından atılan paltaryuyan maşın həyətdə dayanan “LEXUS” markalı bahalı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobil yararsız vəziyyətə düşüb.

Hadisə yerinə Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları gəlib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.(trend)


loading...