Dünyanın ən böyük iqtisadi mərkəzlərinin borcları açıqlandı

Dünyanın ən böyük iqtisadi mərkəzlərinin borcları açıqlandı

Dünyanın ən böyük iqtisadi mərkəzləri - ABŞ, Çin, Yaponiya 63 trilyon dollarlıq “qlobal hökumət borcları sıralaması”nda ilk üçlükdə yer alıb. Xəbərçi.az mynews.az-a istinadən bildirir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına görə, dünya hökumətlərinin toplam borcu 63 trilyon dollardır. ABŞ, Çin və Yaponiyanın ümumi borcu “qlobal borclar”ın 58.5%-ni təşkil edir.

ABŞ 19.94 trilyon dollarlıq borcla sıranın lideridir. Bu da ümumi borcun 32%-i deməkdir.
11 trilyon dollarlıq borcla sıranın ikincisi olan Yaponiya ümumi borcun 18.8%-ni qarşılayır.
Çinin toplam borcu isə 5 trilyon dollardır. Bu da ümumi borcun 8%-i deməkdir.


loading...