Sabahdan Azərbaycanda yeni bank adı görəcəksiniz

Sabahdan Azərbaycanda yeni bank adı görəcəksiniz

Sabahdan, yəni noyabrın 23-dən Azərbaycanda yeni bir bank adını eşidəcəksiniz.

Xeberci.az oxu.az-a istinadən xəbər verir ki, “Bank Silk Vey” ASC rebrendinq edərək, “Premium Bank” ASC kimi fəaliyyətini davam etdirəcək. 

Bununla bağlı bank artıq müştərilərinə müraciət ünvanlayıb və rebrendinq üçün bütün prosedurları həll edib. Sabahdan bankın bütün filial və şöbələrinin yeni brendə uyğun şəkildə adının dəyişdirilməsi və dizayn tərtibatını görə biləcəyik.

Bankdan Oxu.Az-a bildiriblər ki, bunun üçün lazımi işlər görülür. 

Xatırladaq ki, “Bank Silk Vey” 2008-ci ildə yaradılıb, 1993-cü ildən fəaliyyət göstərən “Azal Bank”ın hüquqi varisidir. 


loading...