Qida və içki istehsalı azalıb

Qida və içki istehsalı azalıb

Bu ilin may ayının 1-nə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 8,8 dəfə, tütün məmulatlarının istehsalı 2,7 dəfə, hazır metal məmulatlarının istehsalı 2,2 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,2 dəfə, mebel istehsalı 2,0 faiz artıb.

XƏBƏRÇİ.AZ rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə içkilərin istehsalı 3,6 faiz, qida məhsullarının istehsalı 5,1 faiz, nəqliyyat vasitələrinin istehsalı isə 64,0 faiz azalıb.

Bundan başqa, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,9 faiz yüksəlib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,7 faiz azalma olub. 


loading...