Vergilər və Təhsil nazirlikləri arasında memorandumu imzalanıb

Vergilər və Təhsil nazirlikləri arasında memorandumu imzalanıb

Aprelin 3-də Vergilər və Təhsil nazirlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb.

XƏRƏRÇİ.AZ azertac-a istinadən  xəbər verir ki, vergilər nazirinin müavini Sahib Ələkbərov ölkəmizdə işəgötürənlərlə bağlı təhsil alanlar arasında effektiv əlaqələrin qurulmasını nəzərdə tutan yeni layihəyə start verildiyini bildirib.

Nazir müavini qeyd edib ki, bu layihə təhsil ocaqlarında xüsusi istedadlı tələbələr üçün yaradılmış SABAH qruplarında təhsil alan gənclərin gələcək hazırlığı ilə bağlıdır.

Həmçinin nəzərə çatdırılıb ki, əməkdaşlıq çərçivəsində qarşıdakı dövrlərdə tələbələrə istehsalat təcrübəsi dövrünü Vergilər Nazirliyində keçirmələri üçün şərait yaradılacaq.

 

 

 


loading...