TƏCİLİ! “Azercell” satıldı - 273.5 milyon dollara

TƏCİLİ! “Azercell” satıldı - 273.5 milyon dollara

"Findir Holdings" şirkəti, kapitalının 51,3%-nə sahib olduğu "Azertel" şirkətindəki paylarının hamısını Azərbaycan Respublikasına aid "Azintelecom"a 221,7 milyon avroya satıb. Artıq müqavilə imzalanıb. "Azercell" şirkətinin səhmdarı “Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş.” şirkətidir (100%). “Azertel”in nizamnamə kapitalının 51.3%-i “Fintur Holdings B.V”yə, 42.2%-i “Cenay İletisim”ə və 6.5%-i Maltanın “FA Invest” şirkətinə aid idi "Telia Sonera", "Turkcell" və "Fintur" vasitəsilə “Azercell”in səhmdarı idi.

Satınalamadan sonra “Azertel”in nizamnamə kapitalının 51.3%-i “Azintelecom”a, 42.2%-i “Cenay İletisim”ə və 6.5%-i Maltanın “FA Invest” şirkətinə aid olur.

"Telia Sonera", öz bölgəsi olan Şimali Avropa regionuna fokuslanmaq üçün Avrasiyadakı aktivlərini satır.

"AzInTelecom” MMC 2015-ci ilin iyun ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarı ilə yaradılıb. "AzInTelecom" MMC-nın fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış Data Mərkəzi nəzdində "İnfrastruktur Xidmət kimi" (IaaS) əsaslı xidmətlərdən ibarətdir. "AzInTelecom” MMC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) tabeliyində fəaliyyət göstərir. (marja.az)


loading...