Mərkəzi Bankının İdarə Heyəti 12 fevral 2018-ci il tarixində uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul edib.
AMB-dən Xəbərçi.az-a verilən məlumata görə, faiz dəhlizinin parametrləri haqda qərar faktiki orta illik inflyasiyanın birrəqəmli trayektoriyaya daxil olması, inflyasiyanın azalmasına dair proqnozlar və xarici balansın yaxşılaşması nəzərə alınmaqla qəbul edilib.
Bu müsbət meyillərinin davam etməsindən asılı olaraq Mərkəzi Bank faiz dərəcələrinin real səviyyəsini pozitiv zonada saxlamaqla bundan sonra da azaldılmasını mümkün hesab edir. Qiymətləndirmələrə əsasən yeni iqtisadi tsiklə adekvat olaraq neytral pul siyasətinə tədrici keçid iqtisadi aktivliyə müsbət təsir edəcəkdir.
Faiz dəhlizinin parametrlərinın dəyişdirilməsi haqqında qərarı qəbul edərkən Mərkəzi Bankın İdarə Heyəti xarici və daxili mühitdə baş verən aşağıdakı prosesləri nəzərə alıb.
Xarici mühit. 2014-cü ilin sonundan bəri həyata keçirilən dərin makroiqtisadi manevr və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlar, eləcə də dünya bazarında neftin qiymətinin yüksəlməsi Azərbaycanın tədiyə balansının yaxşılaşmasını təmin etmişdir. 2017-ci ilin yekunu üzrə tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 5%-i qədər profisit gözlənilir. Xarici ticarət balansının profisiti 5 mlrd. ABŞ dolları təşkil etmişdir ki, bu da ötən illə müqayisədə (0.5 mlrd. ABŞ dolları) 10 dəfə çoxdur.
İxrac 52%, o cümlədən qeyri-neft ixracı 23% artmışdır. Ticarət balansı ilə yanaşı xidmətlər, eləcə də ilkin və təkrar gəlirlər balansında da yaxşılaşma müşahidə olunmuşdur. Xidmətlər balansının kəsiri əhəmiyyətli azalmış, turizm xidmətləri üzrə müsbət saldo əldə olunmuşdur. Kapital və maliyyənin hərəkəti hesabında da müsbət saldo olmuşdur.
Ölkənin tədiyə balansının yaxşılaşması şəraitində 2017-ci ildə strateji valyuta ehtiyatları 11%-dən çox artmışdır.
Proqnozlara görə xarici mühitdə pozitiv meyillərin 2018-ci ildə də davam edəcəyi gözlənilir.
Valyuta bazarı. Tədiyə balansının yaxşılaşması ilə ölkənin valyuta daxilolmalarının artması valyuta bazarında vəziyyəti sabitləşdirmişdir. Bu şəraitdə həyata keçirilən makroiqtisadi siyasət tədbirləri nəticəsində manatın ABŞ dollarına qarşı məzənnəsi 4% möhkəmlənmişdir. 2017-ci ilin ikinci rübündən manatın məzənnəsi əlavə möhkəmlənmə təzyiqləri altında olmuşdur.
Manatın məzənnəsinin sabitləşməsi de-dollarlaşma proseslərinə, maliyyə sabitliyinə və inflyasiya gözləntilərinin azaldılmasına müsbət təsir etmişdir.
Manatın real effektiv məzənnəsi isə 2014-cü ilin sonundan bəri 36% ucuzlaşmışdır. Bu da idxalın əvəzlənməsi və qeyri-neft ixracının stimullaşdırılmasına müsbət təsir edən amildir.
Monetar şərait. 2017-ci ildə pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 8.7% artmışdır. Valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində fiskal sektorun likvidliyə olan tələbi monetar şəraitə təsir göstərən əsas amil olaraq qalmaqdadır.
İqtisadiyyatın pula olan tələbinin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli (7 günədək, 14 günlük, 28 günlük və s.) çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlayır. İqtisadiyyatda kredit aktivliyinin bərpa olunmaması şəraitində bank sistemində akkumlyasiya olunan izafi likvidlik Mərkəzi Bankın sterlizasiya alətlərinə yüksək tələbi şərtləndirir.
Ümumilikdə təhlillər göstərir ki, yaradılmış monetar şərait istehlakla yığımın optimal balansın təmin edilməsinə müsbət təsir etmişdir.
İnflyasiya prosesləri. Dövlət Statistika Komitəsinin məlumatına görə cari ilin yanvar ayında orta illik inflyasiya 5.5% təşkil etmişdir. Antiinflyasiya xarakterli pul siyasəti, pul kütləsinin optimal səviyyədə idarə olunması və 2017-ci ilin ortalarından etibarən manatın məzənnəsinin sabitləşməsi inflyasiyanın təkrəqəmli səviyyədə formalaşmasında mühüm rol oynamışdır.
Məcmu tələblə təklifin nisbətinin dəyişimi, dünya ərzaq qiymətləri və inflyasiya gözləntiləri də qiymətlərin dinamikasına təsir edən başlıca amillərdən olmuşdur.
Qiymətləndirmələrə görə dezinflyasiya meyilləri bundan sonra da davam edəcək və 2018-ci ilin sonuna illik inflyasiyanın elan edilmiş hədəf çərçivəsində olması potensialı əhəmiyyətlidir. Mərkəzi Bank tərəfindən ev təsərrüfatları və biznes sektorunda aparılmış sorğular göstərir ki, məzənnənin sabitləşməsi və faktiki inflyasiyanın azalma dinamikası inflyasiya gözləntilərinə azaldıcı təsir etmişdir. İnflyasiyanın qarşıdakı dövrdə birrəqəmli səviyyədə qalması inflyasiya gözləntilərin azalması və bu gözləntilərin iqtisadi konyunktur dəyişimələrə qarşı həssaslığının aşağı düşməsindən də asılı olacaqdır.
İqtisadi aktivlik. 2017-ci ildə makroiqtisadi sabitliyin güclənməsi iqtisadi aktivliyin canlanmasına müsbət təsir etmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə 2017-ci ildə qeyri-neft sektorunda 2.7%-lik iqtisadi artım baş vermişdir. O cümlədən qeyri-neft sənayesində 3.7%, kənd təsərrüfatında 4.2% iqtisadi artım olmuşdur. İqtisadi artım dövlətin investisiya xərclərinin və qeyri-neft ixracının artması, habelə istehlakçı inamının yüksəlməsi ilə dəstəklənmişdir. 2018-ci ildə də iqtisadi artım üzrə pozitiv dinamikanın qorunacağı gözlənilir.
Mərkəzi Bank bundan sonra da iqtisadiyyatda və maliyyə bazarlarında baş verən prosesləri diqqətlə izləməyə davam edəcəkdir və öz səlahiyyətləri çərçivəsində sərəncamında olan alətlərlə qiymətlərin sabitliyini təmin etməyə çalışacaqdır.
Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin aprel ayında müzakirə ediləcəkdir.
Mərkəzi Bankdan manatla bağlı VACİB QƏRAR
loading...
-
20:18“Röyasına” haram qatanlar...
-
19:36Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!
-
14:34Əcnəbi vətəndaş intihar həddində - Ölkədən çıxışına yenidən qanunsuz qadağa qoyuldu! - VİDEO
-
13:56Bakıda girov saxlanılan qadın zülm-zülm ağladı: “Yalvarırıq, Cənab Prezident kömək edin” - VİDEO
-
12:15Viskidən 3 şəxsin zəhərləndiyi "Baku City" restoranı bağlandı və sahibi saxlanıldı - VİDEO
-
14:12Azərbaycanda prokurorluq əməkdaşından kuryoz əməl-Məhkəmə qərar versə də əcnəbi vətəndaşların pasportlarını girov saxlayır!
-
16:3122 yaşlı azərbaycanlı Amerikada 70 min dollar maaş alır
-
18:11Azərbaycan bayrağına qarşı hörmətsizlik
-
18:10Bakıda qız sərxoş atasını bıçaqladı
-
15:47Xalq artistininin əlinə pul verib alçaltdılar
-
15:47Damlanın intim videosu olduğu iddia olunan görüntü ilə bağlı AÇIQLAMA
-
15:25Metroda azyaşlı qızın telefonunu zorla əlindən aldılar
-
14:56Əmisi arvadını zorladı, sonra bogub öldürdü — Yevlaxda dəhşətli cinayət
-
14:55Maaşla bağlı şirkət rəhbərlərinə XƏBƏRDARLIQ
-
14:53Xərçəngdən əziyyət çəkən Zülfiyyə xəstəliyə qalib gəldi - "Həyatın dadı duzu yerinə gəlib"
-
10:21Bakıda evdə soba partladı - bir ailə yandı, uşaq öldü
-
17:46Bakıda nənə və nəvə FACİƏLİ şəkildə öldü
-
17:45Mənzillərə “kupça” verilməməsində “MTK maraqları”
-
16:59Bakıda film kimi olay - Bəy toy günü başqa qıza qoşulub, ölkədən qaçdı
-
16:598 bal gücündə zəlzələ olacağı ilə bağlı məlumatlara RƏSMİ REAKSİYA
-
13:28Azərbaycanda maraqlı hadisə - 4 ildir dünyasını dəyişən şəxs radara düşdü - FOTO
-
10:12Bakıda qardaş bacının qanını tökdü
-
10:08Azərbaycanda uşaqlara Arenda, Təkər adları qoymaq istəyiblər
-
14:51Sənədsiz bina qalmayacaq - Prezident çoxmənzilli binalarla bağlı fərman verdi
-
09:57Masallı rayonunda zəlzələ baş verib
-
16:19Tacir Şahmaroğlu - Gözümün qarşısında anamı sürüyürdülər
-
16:16Fədayə yenidən hakim qarşısına çıxacaq
-
16:12Rusiyada şok olay: bu dəfə ağ deyil, qara rəngdə qar yağdı - FOTO
-
15:20Nazir çörəyin qiymətindən danışdı
-
13:55Bakıda “Porsche” ilə dəhşətli qəza törədən kimdir - Ölən şəxsin adı məlum oldu
-
13:55Bakıya sulu qar yağacaq
-
12:33Dəm qazı məktəbli qızın canını aldı - Azərbaycanda
-
12:49Xeberci.az-ın xeyriyyə layihəsi - məşhurlar 150 nəfər əqli qüsurlu xəstələrə konsert verdilər - VİDEO
-
11:27Baş nazir gömrükçülərlə bağlı qərar imzaladı
-
11:26Ər-arvad bir gecədə intihar etdi - Övladları olmurdu
-
11:25Şamaxıda yenidən vulkan püskürüb
-
10:57Tovuzda məktəblilər spirtli içkidən zəhərləndilər
-
19:14Azərbaycanda sürücü sərnişinin qucağında oturub avtobusu idarə edir - VİDEO
-
19:09"Sevirəm" sözünü eşidəndə ətim ürpənir" - Nazənin
-
19:09Bakıda əməliyyat - Seksual manyak tutuldu
-
19:0063 yaşlı Azərbaycan Televiziyası yeni studiyası ilə - FOTO
-
12:28Bayram yarmarkası təşkil olunacaq - Tarixi və yeri açıqlandı
-
12:26Bakının məşhur hamamında yanğın - ölən var
-
12:04Azərbaycanlılar İstanbulda qəzaya düşdü - yaralılar var - FOTO
-
10:09Bakıda film kimi hadisə
-
10:07“Lotu Quli” avtoriteti güllələtdi - Yeni MÜHARİBƏ başladı
-
10:06Bakıda xanım polis kapitanı qəzaya düşdü
-
18:25"Adam o qədər zəngindir ki, 15-20 müğənni saxlaya bilər" - Damlanın məmur sevgilisinin FOTOSU
-
18:19Ayaqları tutulan Ağakərimin son görüntüləri
-
17:43Daha 200 nəfərin saxta əlilliyi ləğv edildi - Pulları geri qaytaracaqlar
-
14:46Bakıda avtobus "Toyota" ilə toqquşdu - YARALI VAR
-
14:45Bir nəfər özünün dənizə atdı - FHN axtarışa başladı
-
14:44Avtoqəzada ölən müğənninin dəfnində ürək sızladan görüntülər - VİDEO
-
11:14Məşhur bankın rəhbər şəxsləri həbs edildi - Qanunsuz kreditlərə görə
-
11:12"Səba" fermerlərə müraciət edir
-
11:11Azərbaycanda vəzifəli şəxs dəhşətli qəzada vəfat etdi - TƏFƏRRÜAT
-
11:11Xalq artisti - Qalmaqallar, söz-söhbətlər mənlik deyil
-
17:11Arvadının yatağına gizli diktafon qoydu, xəyanət səslərini dinlədi və... - Azərbaycanda dəhşətli hadisə
-
17:10Flora Kərimovadan xalq artisti ilə sevgili olması xəbərinə reaksiya - “Ayıbdır”
-
17:10BDU-nun tələbəsinin öldürülmə SƏBƏBİ üzə çıxdı
-
12:19Pensiyalar ötən ayın artımı ilə birlikdə veriləcək - ŞAD XƏBƏR
-
12:11Bakının məşhur şirniyyat evində iyrənc mənzərə - Vitrində siçovullar gəzir - VİDEO
-
10:50BDU-nun tələbəsi öldürüldü
-
10:49Sumqayıtdan Bakıya gələn sürət qatarı 42 yaşlı qadını vurub öldürdü
-
17:47Abel Məhərrəmov xəstəxanaya yerləşdirildi
-
17:14Azərbaycanda qrip virusu ilə bağlı son vəziyyət açıqlandı
-
16:23“Hər ikisi çılpaq vəziyyətdə idi...” - Oteldəki qətlin detalları
-
16:22Röyanın oğlu Hüseyn "102"-yə müraciət etdi
-
14:42“Jara-2019”da çıxış edəcək məşhurların adları açıqlandı
-
13:08Anar Nağılbazın qızından ürək dağlayan SÖZLƏR - VİDEO
-
10:04Üç gün sonra əsgərliyə getməli olan gənci öldürənə ağır cəza
-
10:03Bakı MDB-nin ən romantik şəhərləri sırasında
-
17:53İlham Əliyev general rütbələri verdi
-
17:51Bakıda ilk dəfə xəstəyə süni ürək qoyulub - VİDEO
-
17:50Azərbaycanda koksaki virusu yayılıb? - AÇIQLAMA
-
17:33Ürəkdağlayan an Ölüm anlarını mobil telefona çəkdilər/ FOTOLAR- VİDEO
-
17:07"Öz milli sosial şəbəkəmizi yaradıb, digər sosial şəbəkələri bağlamalıyıq" — Deputatdan ilginc açıqlama
-
17:02Minanın sinə dekoltesi tənqid edildi
-
16:59Bakıda dəm qazından zəhərlənmə - ana öldü, qızın vəziyyəti ağırdır
-
16:59Mübarizin portreti erməni səfirliyində asıldı
-
14:46Bakıda suçiçəyinə bənzər virus yayıldı
-
14:38Azərbaycanda qadın yol polisinin postunda övlad dünyaya gətirdi - VİDEO
-
11:16Bakıda piyadanı vurub qaçan sürücü tutuldu
-
11:15Sumqayıt-Bakı qatarı bu gün yola düşmədi - SƏBƏB
-
16:07Fazil Məmmədovun ölüm xəbəri yalan çıxdı
-
14:34Azərbaycanda məktəbdə biabırçılıq - Direktorla valideyn saçyolduya çıxdı - VİDEO
-
14:32“Bakubus”a məxsus avtobuslar 3 piyadanı vurdu - biri öldü, ikisi xəsarət aldı
-
14:27Bakıda marketin qarşısında 50-55 yaşlı kişinin meyiti tapıldı
-
14:26Zəlzələdə evi dağılanlar üçün mənzil kirayələndi
-
14:24Sosial şəbəkədə “tutduğu” qadını girov saxladı, dəfələrlə zorladı – Bakıda şok hadisə
-
14:23Azərbaycanda əməliyyat – 150 nəfər saxlanıldı
-
14:15Rəqsanədən Xatunun barışıq jestinə cavab - "Gərək üz qoyaydın..."
-
11:08Bu meyvədən çox yeyirsinizsə təcili əməliyyat oluna bilərsiniz
-
11:05Balakəndə qardaşlar qəzaya düşdü - ölən var
-
11:04Bakıda dönər evində gənc özünü doğradı - VİDEO
-
17:37Bu iyrənc yerdə hazırlanan süd məhsulları almayın
-
17:36Virusdan öldüyü deyilən tələbə qızın bacısı danışdı - VİDEO
-
16:50İş adamı şəhid qızını vurub öldürən oğluna görə rüşvət verib - 52 min
-
16:48Donuz qripindan öldüyü deyilən tələbənin həkimi - DANIŞDI
-
16:47Heydər Əliyev Fondu Ağakərimin müalicəsini üzərinə götürdü