Dünya birjalarında neftin qiyməti artıb.
Xəbərçi.az apa-ya istinadən məlumat verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,11 dollar və ya 0,19% artaraq 58,47 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,35 dollar və ya 0,54% artaraq 65,25 dollar olub.