Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,53 dollar və yaxud 0,83% azalıb. 

Xəbərçi.az report-a istinadən məlumat verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 63,34 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.


loading...