Azərbaycan nefti yenidən - BAHALAŞDI

Azərbaycan nefti yenidən - BAHALAŞDI

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,72 dollar və yaxud 1,14% artıb.

Xəbərçi.az report-a istinadən məlumat verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 63,87 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.


loading...