Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən konsertdən

Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən konsertdən

Mayın 28-də Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən təntənəli konsert keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri konsertdə iştirak ediblər.

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan bədii-musiqili gecənin konsepsiyası 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, ötən 100 il ərzində respublikanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, Azərbaycanın hazırda müstəqil, güclü və inkişaf etmiş ölkələr sırasında layiqli yerini tutması ideyası üzərində qurulub.

Konsertdə Azərbaycan Respublikasının xalq və əməkdar artistləri də iştirak edib.

Tədbirdən olan fotoları yayımlayırıq:

 


loading...