Tanınmış kinooperator Elxan Əliyev dünyasını dəyişib.
Bu barədə Rejissorlar Gildiyasının direktoru, tanınmış rejissor Hüseyn Mehdiyev açıqlama verib:
“Elxan çox əziyyət görmüş insan idi. Kinooperator kimi Dağlıq Qarabağa gedəndə erməni əsirliyinə düşmüşdü. Ermənilər onu girov götürüb əziyyət verəndən sonra qaytarmışdılar. Xəstə idi. Elxan çəkdiyi xronikalar və sənədli filmlərlə yaddaşlarda qalacaq”.
Allah rəhmət eləsin!