İki xalq artisti məhkəmədə üz-üzə gəldilər

İki xalq artisti məhkəmədə üz-üzə gəldilər

Bu gün Bakı Apellyasiya Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilir.

XƏBƏRÇİ.AZ Milli.Az-a istinadən xəbər verir ki, hakim Etibar Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə xalq artisti Məleykə Əsədova və xalq artisti Ramiz Məlikin özlərinin də iştirak ediyi elan olunub.

Hazırda məhkəmə iclası davam etdirilir.

Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, Nəsimi Rayon Məhkəməsinə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib. 


loading...