Xalq artisti hələ də reanimasiyadadır - XANIMI DANIŞDI

Xalq artisti hələ də reanimasiyadadır - XANIMI DANIŞDI Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən xalq artisti, tanınmış diktor Rafiq Hüseynov hələ də reanimasiyadadır.   Xəbərçi.az bildirir ki, bu barədə yenicag.az-a diktorun həyat yoldaşı Səbinə Hüseynova açıqlama verib:   “Rafiq kritik durumdan çıxarılıb, amma zəifdir. Onu sevənlərdən saysız-hesabsız zənglər gəlir, hamı Rafiqi görmək, yanına gəlmək istəyir. Lakin həkimlər buna qadağa qoyub. Yanına heç kim, hətta qızı belə buraxılmır. Çünki zəif olduğu üçün onu infeksiyalardan qorumalıyıq. O, hələ də zondla qidalanır. Tənəffüsü çətin olduğu üçün arada süni nəfəs aparatlarından da istifadə olunur”.   S. Hüseynova həyat yoldaşının nə vaxt palataya keçiriləcəyi barədə məlumatsız olduğunu dedi:   “Buna həkimlər qərar verir. Çünki səhhətindəki problem aradan qaldırılmalıdır ki, reanimasiyadan çıxarılsın”.
loading...