Dövlət "Yuğ" teatrının aktyorları Hikmət Rəhimov və əməkdar artist Rasim Cəfər işdən çıxıblar.
Xəbərçi.az məlumat verir ki, bu barədə apa-ya açıqlamasında teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə məlumat verib.
O bildirib ki, hər iki aktyor teatrdan öz ərizələri əsasında uzaqlaşıb: "Onlar teatrın tamaşalarında və prosesdə iştirak edə bilmirlər. Hikmət Rəhimov və Rasim Cəfərin başqa işləri var, onlar teatrda qalmağı uyğun bilməyiblər. Səbəb yalnız budur".