Azərbaycanlı qadın ərinə 8 nəfərlə xəyanət etdi - Ər kişiləri qaçırıb ...

Azərbaycanlı qadın ərinə 8 nəfərlə xəyanət etdi - Ər kişiləri qaçırıb ...

Türkiyənin Dənizli şəhərində iki nəfərin itkin düşməsi ilə bağlı aparılan istintaq işi böyük bir cinayətin üstünün açılmasına səbəb olub.

Xəbərçi.az Türkiyə mediasına istinadən məlumat verir ki, oktyabrın 18-dən itkin düşən iki dost - Murat Uğur Pınarbaşı və Soner Kızılırmakdan xəbər yoxdur. Polisin apardığı araşdırma nəticəsində hər iki şəxsin qaçırılmasında azərbaycanlı F.B.-nin əli olduğu bildirilib.

Belə ki, F.B. adlı Azərbaycan vətəndaşı həyat yoldaşının ona 8 kişi ilə xəyanət etdiyini eşidib. O bu xəbərdən "ölüm siyahısı" hazırlayıb. Arvadının münasibətdə olduğu şəxslərin siyahısını hazırlayan şəxs onları bir-bir qaçırtmağa çalışıb. O öz planına ilk növbədə məhz bu iki şəxsdən başlayıb.

Murat Uğur Pınarbaşı və Soner Kızılırmakın ailələri də qatıldıqları televiziya proqramında F.B-nin arvadı ilə gəzən hər kəsi öldürəcəyini deyiblər. Onlar övladlarının F.B tərəfindən öldürüldüyünü bildiriblər.


loading...