Xəbərçi.az qafqazinfo.az-a istinadən bildirir ki, hadisə noyabrın 8-i, saat 19:30 radələrində olub.
Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Ələkbərova Könül Elton qızı Dövlət Bayrağı Meydanının qarşısında yolu keçmək istəyib. Bu zaman 1962-ci təvəllüdlü Şahbazov Əmrulla Şahlar oğluna məxsus 90 FO 007 nişanlı "Land Rover" markalı avtomaşın tərəfindən vurulub. Qadın hadisə yerindəcə vəfat edib.
Faktla bağlı araşdırma aparılır.