Bakıda ağır yol qəzası baş verib.
Xəbərçi.az-ın apa-ya istinadən məlumatına görə, hadisə paytaxtın Pirallahı rayonu ərazisində qeydə alınıb. Rafael Əkbərovun idarə etdiyi "Mercedes” markalı avtomobil Rövşən Bəydəmirovun idarə etdiyi "VAZ-2107” markalı maşınla toqquşub.
Qəza nəticəsində "VAZ-2107”də olan sərnişinlərdən Babaxan Fətullayev və onun 5 yaşlı oğlu Elcan aldıqları xəsarətdən hadisə yerindəcə keçiniblər. Hər iki nəqliyyat vasitəsinin sürücüsü və sərnişinlərindən ümumilikdə 5 nəfər xəsarətlə xəstəxanaya müraciət edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.