Eyni mənzili bir neçə nəfərə satan direktora - 11 İL HƏBS

Eyni mənzili bir neçə nəfərə satan direktora - 11 İL HƏBS

Dələduzluqda təqsirləndirilən "AENT-E" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru  Əkbər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  

Xəbərçi.az lent.az-a istinadən məlumat verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Əkbər Cəfərov 11 il müddətinə azadlıqdan məhrum edilib.  

Qeyd edək ki, Ə. Cəfərov qulluq mövqeyindən sui-istifadə edərək Xətai rayonu, Gəncə prospektində "AENT-E" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında əvvəllər satılan mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla 166 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb.


loading...