"Məqsədləri bakirəliyimi pozub, məni fahişəliyə sövq etmək idi" - 15 YAŞLI QIZ

"Məqsədləri bakirəliyimi pozub, məni fahişəliyə sövq etmək idi" - 15 YAŞLI QIZ

Antalyada anası Songül G.-nin: "Sənə hər mövzuda kömək edəcək" deyərək yanına göndərdiyi V.A.-nın onu zorladığı, pul qarşılığı başqa kişilərə satdığını deyən 18 yaşlı N.G. valideynlərinin də onu fahişəliyə sövq etdiyini deyib.   XƏBƏRÇİ.AZ bildirir ki, milli.az-ın milliyet-ə istinadən məlumatına görə, N.G. 37 yaşlı anası Songül G.-nin fahişəliklə məşğul olduğunu, 44 yaşlı atası Faruk G.-nin isə qadın alverçisi olduğunu bildirib.   N.G.-nin ifadəsi və şikayəti sonrası V.A. saxlanılıb. Şübhəlinin 28 ilə qədər həbsi istənilir. N.G. isə dövlət himayəsinə götürülüb.   N.G. ifadəsində 6- 7 yaşında ikən təcavüzlərə məruz qaldığını bildirib.    Fahişəlik qrupunun lideri N.A.-nın qardaşı oğluyla 15 yaşında nişanlandırıldığını deyən N.G.: "Nişanlandığım H.A. ilə dini nikah kəsilib. Ancaq bu nikah qısa çəkdi. 15 gün nişanlı qaldım. Məqsədləri bakirəliyimi pozub, məni fahişəliyə sövq etmək idi" deyib. 15 yaşında ikən alt qonşusu C.Ç.-nin onu bir bağ evinə aparıb zorladığını etiraf edib. İfadəsində həmin dönəmdən sonra tez-tez zorakılıqlara məruz qaldığı haqda fikirlərə yer verib.   Məhkəmə prosesi təxirə salınıb.


loading...